Copy
#9 - Dekabr-2018 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb
 
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb. Bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb. Səyahət edənlərin 50%-dən çoxu Rusiya və Gürcüstandan gəlib. Belə ki, bu ölkələrdən gələnlərin sayı 4% və 13% artaraq, 817 və 550 min nəfər olub. Ən diqqətəlayiq artım isə Orta Şərq və Asiya regionlarına aiddir. Sözügedən regionlardan gələnlərin sayı, müvafiq olaraq 39% və 56% artaraq 346 və 297 min nəfər təşkil edib. 


 
Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb
 

Azərbaycanın 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyət başlaması üzrə müqavilə imzalanıb.
Müqaviləyə əsasən “Travel Consul” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Daha ətraflı

Azərbaycan turizm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olacaq
 
4 dekabrda Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası baş tutub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin inkişafında qonaqpərvərlik sənayesinin rolu, xidmət səviyyəsinin keyfiyyətinin artırılması və ixtisaslı kadrların hazırlanmasının vacibliyi, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, qonaqpərvərlik sahəsində mövsümiliyi aradan qaldırmaq, daha kiçik və ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün atılacaq addımlar barəsində danışıb.
 

Daha ətraflı


 “ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” keçirilib
 

3-5 dekabr tarixlərində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” keçirilib.

İstanbulda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi də iştirak edib. Konfransda 2 əsas prioritet məsələ üzrə müzakirələr aparılıb:

– BMT-nin 17 bənddən ibarət Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən turizm və mədəniyyət sahələri üzrə mütəxəssislər arasında daha sıx və əsaslı əlaqələrin qurulması;
– Multikulturalizmi və hər kəsin bərabərtərəfli iştirakını təmin edən turizm modellərinin təbliği.

 

Azərbaycanlı mütəxəssislər Almaniyada kənd turizminə dair təlimdə iştirak ediblər

 

Azərbaycan nümayəndə heyəti 2-8 dekabr tarixlərində Almaniyada “21-ci əsrdə kənd turizmi” mövzusuna dair təlim səfərində iştirak edib. Təlim səfəri Dövlət Turizm Agentliyi və Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyinin dəstəyi ilə “Goethe Institutu” tərəfindən təşkil edilib.

Səfərdə kənd turizminin inkişafında maraqlı olan dövlət və özəl sektordan müxtəlif qurumların - Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, “Camping Azerbaijan” ekoturizm təşkilatı, “Lahıc” qonaq evinin nümayəndələri təmsil olunublar.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə təşkil olunan səfər çərçivəsində Berlində və Bavariyada Alman Səyahət Birliyi, Alman Turizm Assosiasiyası, eləcə də turizm xidməti üzrə peşə məktəbi və müxtəlif assosiasiyalarla görüşlər keçirilib. Nümayəndə heyəti həmçinin Alp kəndlərində yerli sənətkarların və yerli məhsul istehsalı ilə məşğul olan fermerlərin işi ilə yaxından tanış olub.

Səfərin məqsədi 21-ci əsrdə kənd turizminin təşkilində alman təcrübəsi ilə tanışlıq və müvafiq uğurlu təcrübələrin gələcəkdə Azərbaycanda tətbiq olunması üçün nəzəri və praktiki biliklərin əldə olunmasıdır.


2019-ci ildə iştirak üçün təsdiqlənmiş sərgilərə qeydiyyata tələsin!

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ olunması məqsədilə beynəlxalq sərgilərdə iştirak etməyi planlaşdırır. Bununla əlaqədar olaraq, Azərbaycan Turizm Bürosu tərəfindən hazırlıqlar davam edir.

Azərbaycanın turizm potensialını göstərəcək yeni stenddə şirkətinizi təmsil etmək və işgüzar əlaqələrinizi genişləndirmək məqsədilə sizi də 2019-ci il ərzində keçiriləcək beynəlxalq turizm sərgilərində Azərbaycanın vahid stendinin iştirakçısı olmağa dəvət edirik.

Sərgilərdə iştirak etmək üçün veb saytımızın müvafiq sərgi bölümünə olan keçiddən daxil olub, sərgilər siyahısı ilə tanış olaraq iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.

Əlaqəndirici şəxs:

Kamran Daşdəmirov
+994 0518805516
kamran.dashdamirov@tourismboard.az

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp