Copy
#10 - Yanvar - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

2018-ci ildə xarici səyahətçilərin sayında artım müşahidə olunub
 
Dövlət Sərhəd Xidmətindən əldə edilən məlumata görə, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin dekabr ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb. 2018-ci ildə ümumilikdə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min və ya 5.7% artaraq 2,8 milyona çatıb.



Qrafik 1-də 2017 və 2018-ci ilin yanvar-Dekabr aylarında 6 ölkə/regiondan gəlmiş xarici səyahətçilərin sayı göstərilib.
 

"Kəlağayı: Dünən-Bu gün-Sabah" sərgisi keçirilir


21 dekabrdan etibarən Kiçik Qalart qalereyasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısına həsr olunmuş sərgi keçirilir. Sərgi 15 may 2019-cu ilə kimi davam edəcək.
 
Sərgidə təqdim olunur:
  • xarici muzeylər və şəxsi kolleksiyalardan nadir eksponatlar
  • XIX - XX əsrlərə aid Azərbaycan və Gürcüstanın əvvəl nümayiş olunmayan arxiv şəkilləri
  • qədimi kəlağayı və qəliblərin zəngin kolleksiyası
  • "Kəlağayı incəsənətdə və filmlərdə" adlı unikal məlumat bazası
  • müasir kəlağayı və onların istehsalındakı yeniliklər
  • uşaqlar və böyüklər üçün interaktiv fəaliyyət

Sərgidə təşkil olunan tədbirlər proqramına kuratorla tur, mühazirələr, kəlağayının istehsalına aid ustad dərsləri, soyuq batika və s. daxildir.
 

Ətraflı məlumat


Azərbaycan Hindistanda beynəlxalq “SATTE 2019” sərgisində təmsil olunub
 

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkənin turizm potensialının irimiqyaslı təbliğatı məqsədilə 16-18 yanvarda Hindistanda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edir.

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun mütəxəssisləri ilə yanaşı, Azərbaycan Hava Yolları, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Turizm İnformasiya Mərkəzi, müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri daxil olmaqla, ümumilikdə 19 qurum təmsil etmişdir.

Hindistanın Turizm Nazirliyi və BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən sərgi 26 ildir ki, Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və qonaqpərvərlik sahəsində olan şirkətlərin mütəxəssislərinin təcrübələrini bölüşdüyü platformadır.

Dünyanın 40-dan çox ölkəsindən 1000-dən çox iştirakçının öz turizm imkanlarını nümayiş etdirdiyi sərgi keçən il 30 000 ziyarətçi qəbul edib.
 

Ətraflı məlumat


Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqdır
 

Yanvarın 16-da Pekində Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur. Eləcə də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür.
 

Ətraflı məlumat

Bu ilin  16-17 fevral tarixlərində Los Anceles şəhərində "Los Anceles Səyahət və Macəra Sərgisi" keçiriləcəkdir. 30 mindən çox ziyarətçinin qatılacağı sərgi ABŞ-ın ən böyük turizm sərgisidir. Sərgi haqda ətraflı məlumatı bu saytdan əldə etmək olar: https://travelshows.com/shows/los-angeles/. Nəzərinizə çatdıraq ki, sərgi iştirakçıları və ziyarətçiləri əsasən Azərbaycana səfərlə bağlı nəqliyyat, mehmanxana və bələdçi xərclərini özündə əks etdirən konkret turizm paketləri ilə maraqlanırlar. 

Azərbaycanın turizm potensialının ABŞ-da tanıdılması işinə mühüm töhfə verə biləcəyini nəzərə alaraq, sözügedən sərgidə ölkəmizin təmsil olunması üçün müvafiq stend Baş Konsulluq tərəfindən kirayələnmişdir. Turizm şirkətlərinin sərgidə iştirakı üçün əlavə ödəniş tələb olunmur. Şirkət nümayəndələri yalnız təyyarə, daxili nəqliyyat və Los Ancelesdə qalma xərclərini qarşılamalıdırlar.

Əlavə məlumat əldə etmək üçün aşağıdakı email ünvanına yaza, yaxud nömrəyə zəng edə bilərsiniz.

(+1310) 444 91 01  
losangeles@mission.mfa.gov.az    


21-25 Mart 2019-cu il tarixlərində Bağdad şəhərində 4-cü İraq Turizm Forumu keçiriləcək 

"Massal" turizm şirkəti və Sərgi və Kommersiya Xidmətləri üzrə Baş Şirkətin təşkilatçılığı ilə Bağdad Beynəlxalq Sərgi mərkəzində 21-25 mart tarixlərində 4-cü İraq Turizm Forumunun keçirilməsi nəzərdə tutulub. 

Forumda iştirak etmək istəyən turizm şirkətləri qeydiyyatdan keçmək və ya əlavə məlumat əldə etmək üçün aşağıda email ünvanına yaza, yaxud nömrələrə zəng edə bilərlər.

Almassal.co@gmail.com
+9647827774666
+9647827775666
 
27 aprel 2019-cu il tarixində Qroznı şəhərində üçüncü "Şaşlık-maşlık" festivalı keçiriləcək
 
Çeçenistan Respublikasının paytaxtında baş tutacaq festivalda qonaqlar müxtəlif kabab növləri ilə tanış ola, onların dadına baxa, barbekyu bişirmə ustad dərslərində iştirak edə bilərlər. Ən dadlı kabab uğrunda aşpazlar arasında müsabiqə, eləcə də milli musiqi və rəqs qruplarının çıxışları, ənənəvi idman növləri üzrə turnirlərin keçirilməsi də nəzərdə tutulub.

Tədbirdə iştirak etmək üçün Yaha Dadayeva (+8 (928) 088 75 93) ilə əlaqə saxlamağınızı xahiş edirik.

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp