Copy
#1 - July 2018 - Newsletter                                                                                                View in a browser

Azerbaijan Tourism Board 


Hörmətli tərəfdaşlar və dostlar!
 
Hazırda turizm ölkə iqtisadiyyatında əsas sahələrdən biridir və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət gündən-günə artır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında 6 dekabr 2016-cı il tarixli fərmanında qeyd olunan prioritet sahələrdən biri də turizmdir. Dövlət Turizm Agentliyi olaraq biz də bu sahənin daha da inkişafı, yeni turizm siyasətinin formalaşdırılması, yeni infrastruktur layihələrinin və turizm məhsullarının hazırlanması, ölkəmizə gələn xarici turistlərin sayının və məmnunluğunun artırılması, müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsi, bütövlükdə bu sahəyə daha innovativ və kreativ yanaşmanın həyata keçirilməsi, Azərbaycanın turizm brendinin yenidən formalaşdırılması, ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması istiqamətində fəaliyyət göstərəcəyik.
 
Bu sahədə dövlət-özəl biznes əməkdaşlığının genişlənməsi də əsas fəaliyyət istiqamətlərimizdəndir. İnanırıq ki, Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarının mərkəzləşdirilmiş qaydada əməkdaşlığı öz məhsuldar nəticələrini verəcəkdir.
 
Fuad Nağıyev 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycandan kreativ turizm təklifi
Dünyanın aparıcı nəşrlərindən biri - Forbes - May ayında yaradılan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevlə müsahibə əsasında "Turizm üzrə Azərbaycanın yaradıcı dərəcəsi" adlı məqalə dərc edib. 
 
Azərbaycan dünya üzrə keçirilən turizm sahəsində startap yarışmasına qoşulur

 

BMT-nin Ümumdünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm start-up müsabiqəsini elan edib.

Qlobal investorlar və korporasiyaların, turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti layihələri potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik və yenilikçilik, dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəklər.

Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosu adı çəkilən layihədə iştirak etmək istəyən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edir.

 

Ətraflı məlumat


 

London WTM 2018 sərgisi
 
Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosu (Azerbaijan Tourism Board) ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ olunması məqsədilə beynəlxalq sərgilərdə iştirakını planlaşdırır. 
 
Bununla əlaqədar olaraq, Milli Turizm Təbliğat Bürosunun təşkil edəcəyi ilk kollektiv stend 5-7 noyabr, 2018-ci il tarixlərində, Londonda keçiriləcək WTM 2018 sərgisində olacaqdır. Nəzərinizə alın ki, ilk dəfə olaraq məhz bu beynəlxalq sərgidə Azərbaycan yeni destinasiya brendi ilə təmsil olunacaq.

Azərbaycanın turizm potensialını göstərəcək yeni stenddə şirkətinizi təmsil etmək və işgüzar əlaqələrinizi genişləndirmək məqsədilə sizi Azərbaycanın vahid stendinin iştirakçısı olmağa dəvət edirik.

Stend iştirakçılarının siyahısının tərtib olunması məqsədilə sizdən xahiş edirik ki, qeyd olunan keçiddən keçərək iştirakçı qeydiyyat formasını 
doldurasınız.
 
İştirakla əlaqədar sualınız yaranarsa,  aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.

19 İyul Milli Mətbuat Günü
 
Milli Mətbuat Günü münasibətilə 19 iyul tarixində Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub. Turistlər üçün nəzərdə tutulmuş «Baku City Tour» avtobuslarında şəhər gəzintisi ilə başlayaraq "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşan turun əsas məqsədi “Bakı xarici turistlərin gözü ilə” konsepsiyasının, Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.
 
Tədbir çərçivəsində turizm mütəxəssisləri və millət vəkillərinin iştirakı ilə turizm sahəsində ixtisaslaşmış 20 nəfər mətbuat nümayəndəsi təşəkkürnamə ilə təltif olunub, onlara xüsusi hədiyyələr təqdim olunub.

ÜTT-nın Avropa Komissiyasının 63-cü sessiyası
 
İyunun 11-13 tarixlərində Dövlət Turizm Agentliyinin nümayəndəsi Cəmilə Talıbzadə Çexiyanın Praqa şəhərində BMT-nın Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 63-cü sessiyasında iştirak etmişdir. Dayanıqlı turizmin inkişafı, innovasiyalar, turizmdə dijital marketinq və ölkələr arasında effektiv əməkdaşlıq kimi mövzular, həmçinin, qarşıdan gələn ÜTT-nın tədbriləri sessiya zamanı müzakirə edilmişdir.

Brüselldə Azerbaycan Turizmnın təqdimatı
 
İyunun 19 Dövlət Turizm Agentliyinin nümayəndəsi Cəmilə Talıbzadə Belçikanın paytaxtı Brüselldə Avropa İttifaqı tərəfindən təşkil edilmiş “Kiçik və Orta Sahibkarlığın inkişafı və turizm sənayesində rolu” mövzusunda panel müzakirəsində iştirak edib, Azərbaycanda turizm sahəsində mövcud vəziyyət və çağırışlar haqda təqdimatla çıxış etmişdir.

Avropa İttifaqı “Eastern Parnership” proqramının üzv ölkələri olan Azərbaycan, Moldova, Belarusiya, Gürcüstan, Ukrayna və Ermənistan nümayəndələrinin qoşulduğu bu tədbirdə ölkələrin iqtisadiyyat inkişafında, xüsusilə də, turizm sahəsində yaranan problemlərə dair fikir mübadiləsi aparıldı.

Azerbaijan Tourism Board

Government House

U. Hajibayov Street 84
Baku, Azerbaijan

AZ1095

Tel: +994 12 4928713
E: info@tourismboard.az

Share
Tweet
Forward






This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp