Copy
#4 - Sentyabr-2018 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

 
Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq layihəyə start verilib.

2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı 3 illik layihəyə start verilib.

Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

 

Ətraflı məlumat

Azərbaycan mətbəxi Euronews telekanalında.

Euronews telekanalında Azərbaycan barədə silsilə filmlər çərçivəsində Azərbaycan mətbəxinin dadlı nümunəsi olan piti haqda çarx təqdim olunub. Piti İpək Yolu üzərində yerləşən Şəkinin qastronomik simvolu hesab olunur. Filmdə də pitinin hazırlanması qaydası ilə yanaşı tarixi də tamaşaçəların diqqətinə çatdırılır. Müxbir Segio Cantonenin hazırladığı çarxa Euronews-un rəsmi saytında da baxmaq olar.
 
Dünya Turizm Təşkilatının (UNWTO) təsis etdiyi UNWTO Awards mükafatı üçün müraciətlərin qəbuluna start verildi.
 
UNWTO Awards dünya turizm sənayesi üzrə lider mükafatlardan hesab olunur. 2003-cü ildən etibarən müxtəlif miqyaslı innovasiya və yeniliklər nəticəsində yerli və qlobal turizmin inkişafına dəstək verən şəxslər və təşkilatlar bu mükafata layiq görülürlər. Bu günə kimi müxtəlif ölkələri təmsil edən 80-dən artıq  dövlət qurumu, özəl və qeyri-hökümət təşkilatı UNWTO Awards ilə təltif olunub.
Mükafat xaraktercə rəqabətədavamlı və dayanıqlı olan mühüm innovativ turizm təşəbbüslərinə 4 istiqamət üzrə təqdim olunur. 

 
 
Qobustan - dünyanın palçıq vulkanları mərkəzi.
 
CNN Travel bu dəfə Azərbaycandakı palçıq vulkanları haqqında məqalə dərc edib. Məqalədə palçıq vulkanlarının qeyri-adi, mistik cəhətləri, təbii xüsusiyyətləri və ölkəmizdə bu landşaftın qorunması üçün görülən tədbirlərdən bəhs olunur. 
 
Turizmin inkişafı üçün yeni imkanlar.
 
Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Soçidə keçirilən bu görüşdə prezidentlər İ. Əliyev və V. Putin "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıblar.
 

Özbəkistanda ilk dəfə olaraq turizm sahəsində Beynəlxalq İnvestisiya Forumu keçirilir.

Bu ilin 19-21 noyabr tarixlərində Daşkənd şəhərində turizm sahəsində 1-ci Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Bu tədbir çərçivəsində iştirakçılar turizm sahəsi üzrə investisiya layihələri ilə tanış olacaq, o cümlədən Özbəkistan Respublikası ərazisində yaradılmış azad turizm zonalarına dair məlumat alacaqlar.
Proqrama bir sıra xarici investorun Özbəkistanda biznes təcrübələri barədə çıxışları, plenar sessiyalar, həmçinin qədim Səmərqənd, Buxara və Xiva şəhərlərini ziyarət etməklə mədəni proqramlar daxildir.


Əlaqələndirici şəxs 

Sərvər Otamuradov
tel: +994 050 298 33 11
               012 497 25 52

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Hökümət Evi

Ü. Hacıbəyov Küç, 84
Bakı, Azərbaycan

AZ1095

Tel: +994 12 4928713
E: info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp