Copy
#3 - Avqust 2018 - Newsletter                                                                                             View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Ölkəyə səfər edən əcnəbilərin sayında artım müşahidə olunur

2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb. Aşağıdakı qrafikdə cari ilin iyul ayında ölkəyə ən çox səfər etmiş altı ölkə və regionun göstəriciləri qeyd edilmişdir.
 
 
Dövlət Turizm Agentliyi əlaqələrini genişləndirir

Avqustun 14-də Azərbaycana səfəri çərçivəsində “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

Görüş çərçivəsində Azərbaycanın turizm imkanları, mövcud infrastruktur, bütövlükdə turizm sənayesinin inkişafı haqqında müzakirələr aparılıb.

Akos Niklai Avropanın ən böyük turizm sənayesi iştirakçılarını birləşdirən “HOTREC – Hospitality Europe” təşkilatının Azərbaycanda sabit və güclü hotellər assosiasiyasının formalaşdırılması işində Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosuna dəstək verməyə hazır olduğunu bildirib.

Məqalə

 

3- 5 oktyabr 2018-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində "İpək Yolunda Turizm" adlı Beynəlxalq Turizm Sərgisi təşkil ediləcəkdir
 
"İpək Yolunda Turizm" 2018 Beynəlxalq Turizm Sərgisi Dünya Turizm Təşkilatının (UNWTO) rəsmi dəstəyi ilə keçiriləcəkdir.

"İpək Yolunda Turizm" 24-cü Daşkənd Beynəlxalq Turizm Sərgisi Mərkəzi Asiya regionunun turizm sənayesində ən çox gözlənilən tədbirlərdən biridir. 
Turizm məhsullarının təşviq edilməsi və iş əlaqələrinin qurulması üçün İYT  mühüm iş platformu olaraq tanınır. Ənənəvi olaraq, sərginin proqramı çərçivəsində B2B görüşlər, xarici şirkətlərin təqdimatları, seminarlar, konfranslar, həmçinin "Tashkent Food Festival" keçiriləcəkdir.

Turizm şirkətləri tədbir haqqında müvafiq məlumatları əldə etmək üçün tourfair.uz saytına müraciət edə bilər.

 
 

25-27 yanvar 2019-ci il tarixlərində Litvanın Vilnüs şəhərində "ADVENTUR 2019" adlı Beynalxalq Turizm Sərgisi təşkil ediləcəkdir

ADVENTUR Baltikyanı ölkələrdə turizm mütəxəssisləri üçün ixtisaslaşmış ən böyük tədbirlərdən biridir. Sərgi turizm bazarının müvafiq xəbərləri, yenilikləri və dünya turizminin tendensiyalarını təqdim edir.

ADVENTUR - 2018 Statistikası.

İştirakçı sayı - 350 
Təmsil olunan ölkələr - Belarus, Bolqarıstan, Çexiya, Misir, Estoniya, Gürcüstan, İndoneziya, İtaliya, Kipr, Xorvatiya, Kuba, Latviya, Polşa, Litva, Maldiv adaları, Rumıniya, Slovakiya, Tayland, Türkiyə və Ukrayna.
Sərginin sahəsi - 15,245 kv.m.
Ziyarətçi sayı - 33,630

Tədbir haqda daha ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:

Ms. Lilijana Dirsiene
Tel.: +370 693 46524
Email: l.dirsiene@litexpo.lt
adventur@litexpo.lt

 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məlumat

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Qeydiyyatla bağlı müvafiq məlumatları aşağıdakı rəsmi mənbələrdən əldə edə bilərsiniz.
  1. www.migration.gov.az
  2. info@migration.gov.az
  3. Çağrı Mərkəzi - (+99412) 919
  4. Çağrı Mərkəzinin onlayn bələdçi xidməti:
  5. MiqrasiyaAZ(Twitter)

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Hökümət Evi

Ü. Hacıbəyov Küç, 84
Bakı, Azərbaycan

AZ1095

Tel: +994 12 4928713
E: info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp