Copy
#2 - Avqust 2018 - Newsletter                                                                                             View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Xınalıq kəndinin turizm imkanları genişləndirilir

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan kimi qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Dövlət Turizm Agentliyinin əməkdaşlarından ibarət heyət Xınalığa ezam olunub.
 
Azərbaycan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin 4-cü və turizm üzrə işçi qrupunun 13-cü iclasında təmsil olunur
 
2018-ci ilin 7-8 avqust tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin 4-cü və turizm üzrə işçi qrupunun 13-cü iclası keçirilmişdir. Sözügedən tədbirlərdə ölkəmizi Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad  Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları C.Talıbzadə və C.Abdullayev, həmçinin turizm sənayesinin nümayəndələri daxil olmuşdur.
Bakı regional incəsənət mərkəzinə çevrilməyə can atır
 
Dünyaşöhrətli Forbes jurnalında Bakı haqda növbəti məqalə məhz belə adlanır. Qədim ənənələrə əsaslanan müasir incəsənət, Bakının möhtəşəm memarlıq inciləri və milli musiqimizə yeni nəfəs gətirən şəxslər barədə Stephan Rabimovun yeni məqaləsində oxumaq olar.
Şəki: Azərbaycanın ipək yolundakı karvanlar və xanlar şəhəri 
 

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki daim səyyahların və tacirlərin diqqət mərkəzində olub. Bu dəfə CNN Travel bu füsunkar şəhərə səyahət edib və turistlər üçün faydalı olacaq vacib məqamlara toxunub - harada qalmaq olar, Şəkinin görməli yerləri və ləzzətli təamları. Məqalə ilə yanaşı kiçik videoçarx da təqdim olunur.

Məqalə


09 - 11 noyabr 2018-ci il tarixlərində 
Yunanıstan Respublikasının Saloniki şəhərində 
34-cü PHILOXENIA 
Turizm Sərgisi təşkil ediləcəkdir

 
Sözügedən sərgi 30 ildən artıqdır ki, iştirakçı ölkələrə mədəniyyət və sivilizasiyalarının təşviqi üçün geniş imkanlar yaradır və Balkan regionunun görüş yeri hesab olunur. 

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi Azərbaycanı təmsil etmək  üçün turizm şirkətlərini sərgiyə qatılmağa dəvət edir.  Ölkəmizin turizm potensialını nümayiş etdirmək məqsədilə 9m stend sahəsi  təşkilatçılar tərəfindən ödənişsiz təqdim olunur.

Əlavə məlumat üçün Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə müraciət edə bilərsiniz. 

Tel
.: + 30 210 363 27 21
Emailt_hasanli@mfa.gov.az
Taleha Hasanli
 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məlumat

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Qeydiyyatla bağlı müvafiq məlumatları aşağıdakı rəsmi mənbələrdən əldə edə bilərsiniz.
  1. www.migration.gov.az
  2. info@migration.gov.az
  3. Çağrı Mərkəzi - (+99412) 919
  4. Çağrı Mərkəzinin onlayn bələdçi xidməti:
  5. MiqrasiyaAZ(Twitter)

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Hökümət Evi

Ü. Hacıbəyov Küç, 84
Bakı, Azərbaycan

AZ1095

Tel: +994 12 4928713
E: info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp